MN: Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib

A- A A+

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam etdirilir. Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov söyləyib.

O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq 82 və 120 millimetrlik minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və hərbi təyinatlı digər vasitələri zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: