Qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya/terror aktı nəticəsində həlak olan polis serjantı ilə vida mərasimi keçirilir
NUHÇIXAN xəbər verir ki, sentyabrın 20-də qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya/terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu ilə vida mərasimi keçirilir.
Vida mərasimində dövlət və hökumət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak edirlər.