Bölgədəki son vəziyyətlə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilir - VİDEO
Bölgədəki son vəziyyətlə bağlı Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilir.
NUHÇIXAN-ın məlumatına görə, brifinqdə diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov məlumatlandırırlar.