Ermənilərin Ağdamın Qalayçılar kəndi yaxınlığındakı döyüş mövqeyində xeyli sayda silah-sursat aşkarlanıb
Lokal xarakterli antiterror tədbirlərindən sonra Ağdam rayonunun Qalayçılar kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeyində xeyli sayda silah-sursat aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, burada raket, artilleriya mərmiləri və müxtəlif çaplı döyüş sursatları mövcud olub.