DİN: Qarabağın tam dekriminallaşması işi davam edir

A- A A+

Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan antiterror tədbirləri çərçivəsində uğurlar və hazırki mərhələdə həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, bu rayonda bütövlükdə vəziyyətin tam nəzarət altında saxlanılması, eləcə də bölgənin tam dekriminallaşması işi davam edir.

NUHÇIXAN-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenant Elşad Hacıyev deyib.

Qeyd olunub ki, ərazidəki mövcud kriminogen vəziyyətin yaxşılaşdırılması, Azərbaycan Respublikasının qanunlarının burada tam işlək vəziyyətə gətirilməsi üçün aidiyyəti dövlət qurumları ilə, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçuları və DİN-in əməkdaşları ilə birgə Şuşada kompleks tədbirlər davam etdirilir.

“Əsas diqqət ona yönəlib ki, ərazidə ictimai qayda-qanun və təhlükəsizlik tam təmin edilsin. Ərazidə erməni silahlı qüvvələrindən qalmış qalıqlar, yaxud silah-sursat aşkarlanarsa, onların təhvil verilməsi, eləcə də mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi qarşıya qoyulan vacib tələblərdən biridir”, - deyə o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: