Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur.
NUHÇIXAN-ın məlumatına görə, Xankəndini tərk edən erməniəsilli şəxslər məntəqədən öz şəxsi maşınları ilə Ermənistan istiqamətində sərbəst şəkildə keçid edirlər.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.