ABŞ səfirliyi Azərbaycana başsağlığı verib

A- A A+

ABŞ səfirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Azərbaycanın 27 Sentyabr - Anım Günündə Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı veririk. Səfirliyimiz bu gün münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: