"Qarabağ"ın futbolçusu hakimi təhqir etdiyi üçün dörd oyunluq cəzalanıb

A- A A+

AFFA İntizam Komitəsi "Qarabağ-2"nin futbolçusu Hüseyn Hüseynlini 4 oyunluq cəzalandırıb.

NUHÇIXAN xəbər verir ki, buna 23 yaşlı yarımmüdafiəçinin "Qəbələ-2"yə 2:3 hesabı ilə uduzduqları Əvəzedicilər Liqasının VII turunun oyununda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

Ağdam təmsilçisi buna görə 300 manat cərimələnib.

Sözügedən qarşılaşmada xərəkdaşıyan uşaqların sayı əsasnamədə göstəriləndən az olduğu üçün "Qəbələ"yə 80 manat cərimə kəsilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: