Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır, Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

A- A A+

Sabah, sentyabrın 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

NUHÇIXAN “TRT Haber”ə istinadən xəbər verir ki, iclasda Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.

Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: