“Karabakh Telecom”un fəaliyyəti dayandırıldı - “Ümid edirəm serverlərini Ermənistana daşımağa imkan tapmayıblar”

A- A A+

Azərbaycanın Qarabağ bölgəsində ləğv olunmuş cinayətkar rejim tərəfindən istifadə olunan “Karabakh Telecom” mobil operatorunun fəaliyyəti dayandırılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə erməni “Teleqram” kanalları məlumat yayıb.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz xəbəri şərh edərkən bildirib ki, bu problemin həllində bir qədər gecikmişik:

“20 il Ermənistana məxsus +374 kodu ilə biznes qurub, beynəlxalq kodlar əldə edib, qeyri-qanuni fəaliyyət göstərdilər. Şirkətin son sahibi qondarma rejimin başçılarından biri olmuş Araik Arutyunyan olub. İkinci Qarabağ savaşında bu operatordan hərbi məqsədlə istifadə etmək üçün onun əsil sahibləri olan Livanlı ermənilərin əlindən zorla alınmışdılar. Ümid edirəm, datasını, serverlərini Ermənistana daşımağa imkan tapmayıblar”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: