Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclası keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin 7 üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib.

Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli gündəlikdə duran məsələ - “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda ediləcək dəyişikliklə bağlı layihə hazırlandığını bildirib.

Qanun layihəsi haqqında Cəlil Rüstəmov məlumat verib.

Müzakirələrdən sonra qanun layihəsi altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci (payız) sessiyasının birinci iclasına təqdim edilməsi üçün səsə qoyulub, qərar qəbul edilib.

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: