İcma: "Fransız deputatların açıqlamaları bu ölkənin Azərbaycanofobiya mərəzinə tutulduğunu nümayiş etdirir"
Qərbi Azərbaycan İcması hesab edir ki, fransız deputatların Fransa-Azərbaycan dostluq qrupunu tərk etmək barədə açıqlamaları bir daha Fransa cəmiyyətinin sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu nümayiş etdirir.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, qondarma qurumun özünü buraxması qərarından mütəəssir olan deputatların bəyanatları həm də onların beynəlxalq hüquqa həqarətli münasibətini və riyakarlığını göstərir.