Bu günədək 98 min hektar ərazi mina və silah sursatlardan təmizlənib. Burada on minlərlə partlamamış mina və sursat aşkar olunub.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov bildirib.
O qeyd edib ki, bunların əksəriyyəti Ermənistan istehsalı olan plastik örtüklü minalardır. Onlarda metal maddələr az olduğu üçün aşkarlanması daha çətindir.
S.Poladov əlavə edib ki, sonuncu antiterror tədbirlərindən sonra azad edilən ərazilərdə də mina təmizləmə əməliyyatlarına başlanılıb. İlk olaraq əməliyyatlar kritik yerlərdə aparılır.