Aİ: “Ermənistanla Azərbaycan arasında sülh üçün öhdəlikləri müəyyən edəcək danışıqlar lazımdır”

A- A A+

“Ermənistanla Azərbaycan arasında sülh üçün hər iki tərəfin öhdəliklərini müəyyən edəcək danışıqlar lazımdır”.

NUHÇIXAN xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Euronews”a müsahibəsində deyib.

O bildirib ki, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.

Mişel əlavə edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır.

O vurğulayıb ki, Aİ Azərbaycan və Ermənistan liderlərinin Qranada görüşündə sülh üçün vasitəçiliyini təklif edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: