Naxçıvanda “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilir. 

Konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycanın banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər. 

Sonra Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub. Burada qonaqlar dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə və müxtəlif dəyərli eksponatlarla yaxından tanış olublar.

Qeyd edək ki, konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ilə yanaşı muxtar respublikada fəaliyyət göstərən məhkəmələrin sədr və hakimləri, Mərkəzi İcra hakimiyyəti orqanlarının rəhbərləri və digər rəsmi şəxslər iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: