TASS: Rusiya MN nümayəndə heyəti İrəvana gedir, sülhməramlıların Qarabağdan çıxarılma tarixi müzakirə ediləcək
Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti İrəvana səfər edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə olunacaq”, - mənbə bildirib.