BMT Şurasının iclasında Ermənistanda islamofobiya və antisemitizmin artması barədə məsələ qaldırılıb

A- A A+

Bu gün BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 54-cü sessiyası çərçivəsində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin “Ermənistanda İslamofobiya və antisemitizm halları” ilə bağlı videomüraciəti yayımlanıb.

NUHÇIXAN xəbər verir ki, videomüraciət “Dini nifrətin səbəbləri və insan hüquqlarına təsiri” mövzusunda keçirilən plenar iclas zamanı nümayiş olunub.

Müraciətdə bildirilib ki, bu gün Ermənistanda islamofobiya və antisemitizm halları artmaqdadır: "Xüsusilə, azərbaycanlı qaçqınların Ermənistana qayıtmaq hüquqlarının inkar edilməsi, həmçinin antisemitizm xarakterli vandalizm aktları xüsusilə böyük narahatlıq doğurur. Dini nifrət azərbaycanlılar üçün yeni deyil, çünki Ermənistanın anti-Azərbaycan və irqçi siyasətində dini nifrət əskik deyil. Azərbaycanlılara qarşı etnik təmizləmə, azərbaycanlı müsəlman abidələrinin Yer üzündən tamamilə silinməsi və dağıdılması Ermənistanda köklü islamofobiyanın bariz təzahürüdür. Ermənistanda Azərbaycanın mədəni irsi, məscidləri və tarixi yerləri dağıdılıb".

Qeyd olunub ki, bu yaxınlarda Ermənistanda naməlum şəxslər sinaqoqun fasadına qırmızı boya töküblər. İrəvandakı “Mordechay Navi” Yəhudi Dini Mərkəzinin qarşısında və sosial media səhifələrində “Hər bir ravvin bizim üçün hədəf olacaq” yazıları yayılmağa başlayıb.

"Yalnız müxtəlif etnik qrupların multikultural cəmiyyətdə birgə yaşaması monoetnik Ermənistanda hökm sürən dini nifrətin qarşısını ala bilər", - deyə vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: