Gürcüstanın Baş naziri Azərbaycan Prezidenti ilə müzakirə etdiyi məsələləri açıqlayıb

A- A A+

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğuladıq”.

NUHÇIXAN xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “X” hesabında yazıb.

O bildirib ki, Tbilisi və Bakı əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirir: “Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: