“2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə korrektə edilib və Rusiya sülhməramlılarının fəaliyyəti 19-20 sentyabrdan sonra əhalinin kütləvi şəkildə axını fonunda adaptasiya olunacaq”.
NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
M.Zaxarova qeyd edib ki, Bakı ilə Rusiya sülhməramlılarına dair fundamental məsələlər müzakirə olunur: “Artıq Rusiya sülhməramlı kontingentinin bir sıra müvəqqəti müşahidə postları yığışdırılıb, bizim sülhməramlılarımızla bağlı fundamental məsələlər, artıq dediyimiz kimi, Bakı ilə müzakirə olunur”.