Damian Krneviç: “Zəngəzur dəhlizinin multimodal imkanları böyükdür”

A- A A+

Zəngəzur dəhlizinin Ermənistan və ya İran ərazisindən keçməsindən asılı olmayaraq, onun multimodal imkanları böyükdür.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

“Qeyd etmək vacibdir ki, bu, yeganə marşrut deyil: Gürcüstandan keçən başqa bir marşrut da var. Magistral yol və əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolu var. Hazırda onun Naxçıvana qədər genişləndirilməsi prosesi gedir”, - o vurğulayıb.

D.Krneviç qeyd edib ki, bütün bu variantlar və marşrutlar Ələt limanında birləşir, oradan dəhliz Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və nəhayət, Çinə qədər uzanır: “İqtisadi mənfəət baxımından onu qeyd etmək kifayətdir ki, bəhs etdiyimiz marşrut bir tərəfdən Qərblə Türkiyə, digər tərəfdən isə Mərkəzi Asiya ilə Çin arasında ən qısa birbaşa əlaqəni təmin edəcək”.

Politoloq həmçinin Orta Dəhlizin rolundan da danışıb: “Məlum səbəblərdən bu layihə getdikcə daha strateji xarakter alır”.

Onun sözlərinə görə, Azərbaycan olmadan Orta Dəhlizin fəaliyyət göstərməsi mümkün deyil: “Nəticədə Azərbaycan layihənin həyata keçirilməsində maraqlı olan hər kəs üçün əvəzolunmaz ölkəyə çevrilir. Mərkəzi Asiya dövlətləri bunu aydın görür. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Düşənbədə keçirilən sammitə fəxri qonaq kimi dəvət olunmasının səbəblərindən biri də məhz budur. Hesab edirəm ki, bu, hələ başlanğıcdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: