Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Tural Baxşıyevin Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti rəisinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tural Hümbət oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti rəisinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".