BQXK Azərbaycan və Ermənistan arasında 700-ə yaxın şəxsin qaytarılmasında iştirak edib

A- A A+

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1990-cı ildən 2020-ci ilə qədər 700-ə yaxın saxlanılan şəxsin hər iki tərəfə qaytarılmasında iştirak edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə saxlanılan şəxsə onu saxlayan tərəf məsuliyyət daşıyır: "BQXK bu məsələdə heç bir məsuliyyət daşıya bilməz".

İ.Hüseynova bildirib ki, ötən əsrin 90-cı illərində yazılan hər hansı məktubun bu gün ailə üzvlərinə verilməsi halı olmayıb: "Həmin zaman yazılan hər hansı məktubun bu gün ailə üzvlərinin əlinə gəlib çıxması mümkün deyil. Sadəcə, ailə məktubu indi mediaya təqdim edir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: