Ombudsman: "I Qarabağ müharibəsində qaçqın və məcburi köçkün düşənlərin 52 faizi qadınlardır"

A- A A+

"Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edir".

NUHÇIXAN xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Qadınlarının Vl qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, eyni zamanda, itkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadın olub: "Təəssüflər olsun ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, hələ də Ermənistan tərəfindən onların taleyi ilə bağlı heç bir məlumat verilməyib. Bu bir həqiqətdir ki, baş verən bütün silahli münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların üzərinə düşür".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: