“Haber global” Bakıda keçirilən beynəlxalq konfransdan reportaj hazırlayıb - VİDEO

A- A A+

Türkiyənin “Haber Global” telekanalı oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransdan reportaj hazırlayıb.

NUHÇIXAN xəbər verir ki, reportajda Parisin müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsi aparan 14 ölkədən nümayəndələrin iştirak etdikləri vurğulanıb.

Fransanın xüsusən də, keçmiş müstəmləkələrinin daxili işlərinə qarışmaları izləyicilərin nəzərinə çatdırılıb.

Bildirilib ki, 30 il Azərbaycan torpaqlarının işğalını dəstəkləyən Parisin müstəmləkəsi altında olan dövlətlərdə etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları qeydə alınıb.

Həmçinin konfransda Fransanın keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı ağır işgəncələr verildiyini və insan haqlarının pozulmasını sübut edən fotosərgi nümayiş olunub.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: