İstanbulda Qərbi Azərbaycanın tarixi həqiqətləri ilə bağlı konfrans keçiriləcək

A- A A+

Türkiyənin İstanbul şəhərində “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda konfrans keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Milli Məclisin deputatları Əziz Ələkbərov və Hikmət Məmmədov konfransda iştirak etmək üçün oktyabrın 23-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Bildirilib ki, tədbir Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğu və Altınbaş Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Konfransda Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərov mövzuya dair məruzə ilə çıxış edəcək. Millət vəkili Azərbaycan həqiqətləri barədə tədbir iştirakçılarına məlumat verəcək.

Səfər oktyabrın 25-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: