Rusiya MN gündəlik bülletenlərdə Qarabağdakı yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib

A- A A+

Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlərdə Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib.

NUHÇIXAN xəbər verir ki, bugünkü bülletendə "Qarabağ" Azərbaycanın Qarabağ iqtisadi rayonu, "Stepanakert" Xankəndi kimi təqdim olunub.

Bununla yanaşı, "Mardakert" Ağdərə, "Əsgəran" Xocalı, "Martuni" Xocavənd kimi qeyd edilib.

Bundan əvvəl Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərdə SSRİ dövründəki terminlər istifadə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: