"Prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyəti gözləntiləri tam doğruldub" - SORĞU

A- A A+

Sosial Tədqiqatlar Mərkəzi ölkə rəhbərinin Qarabağ məsələsinin həlli istiqamətində fəaliyyəti ilə bağlı ictimai gözləntiləri öyrənmək məqsədilə növbəti sorğular keçirib. Bu məqsədlə vətəndaşlara “Prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyəti gözləntilərinizi doğrultdumu?” sualı ünvanlanıb.

Bu barədə NUHÇIXAN-a STM-dən məlumat verilib.

Bildirilib ki, sorğunun nəticələrinə əsasən, respondentlərin mütləq əksəriyyətinin rəyində dövlət başçısının Qarabağ probleminin həlli istiqamətində fəaliyyətindən birmənalı razılıq ifadə edilib. Belə ki, iştirakçıların 75.0%-i prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyətinin onun gözləntilərini tam doğrultduğunu, 24%-i əsasən doğrultduğunu deyib. 0.5%-i gözləntilərini əsasən doğrultmadığını, 0.3%-i heç doğrultmadığını bildirib, 0.3%-i bu barədə fikrini ifadə etməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) oktyabrın 18-20-də icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 1212 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: