Azərbaycan səfiri Türkiyə Prezidenti ilə görüşərək onu Cümhuriyyət Günü münasibətilə təbrik edib

A- A A+

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda iştirak edərək onu Cümhuriyyət Günü münasibətilə təbrik edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün səfir Rəşad Məmmədov Türkiyə Respublikası Prezident Kompleksində keçirilən qəbulda iştirak edib və cənab Prezident Rəcəb Tayyib Ərdoğana Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb. Neçə belə yüzilliklərə, Türkiyə!”, – diplomatik missiya qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: