Türkiyənin baş konsulu: “Naxçıvan türk dünyasının bir araya gəlməsində önəmli rol oynayacaq”

A- A A+

“Naxçıvan türk dünyasının bir araya gəlməsində önəmli rol oynayacaq”.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan tarix boyu bir-birinə dəstək olublar:

“Bunun ən böyük örnəyinə Qarabağ müharibəsində və Türkiyədə baş vermiş zəlzələ zamanı şahid olduq. Sevincdə və kədərdə birlikdə olmağın qürurunu yaşayırıq. Türkiyənin güclənməsi Azərbaycanın da güclənməsi deməkdir. Bizim 100-cü ildönümümüz eyni zamanda Azərbaycanın da 100-cü ildönümüdür. İnşallah bu yüzillik türk dünyası əsri olacaq. Türkiyə və Azərbaycanın rəhbərliyində bütün türk dünyası bir araya gələrək böyük birlik yaradacaq. Bunun yolu isə Naxçıvandan keçir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: