Ombudsman: Azərbaycana qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin hüquqları diqqətdədir
"Biz mütəmadi olaraq başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı Azərbaycana qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərlə də görüşlər keçirilib. Onların bütün hüquqları təmin olunub".
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Hər bir saxlanılan şəxsə həssaslıqla yanaşırıq. Onlara da ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb, dövlət tərəfindən tərcüməçi ilə təmin olunublar", - Ombudsman qeyd edib.