Avropa Şurasının baş katibi Əli Nağıyevə təşəkkür edib

A- A A+

Avropa Şurasının baş katibi Mariya Buriç Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə təşəkkür edib.

NUHÇIXAN xəbər verir ki, Buriç bu barədə “X” hesabında yazıb.

“Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Orqan alverinə qarşı Konvensiyanı imzalamasına görə cənab Əli Nağı oğlu Nağıyevə təşəkkür edirik”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Avropa Şurasının Orqan alverinə qarşı Konvensiyası hökumətləri canlı və ya ölmüş donorlardan insan orqanlarının qanunsuz çıxarılmasını cinayət kimi müəyyən etməyə çağırır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: