XİN: "Qəzzada Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat yoxdur"

A- A A+

“Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur”.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri İsraildə 8 Azərbaycan vətəndaşı həlak olub: “Səfirliyimizin fəaliyyəti isə davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında mübaribə başlayıb. İsrail ordusu bir neçə gün əvvəl Qəzzaya daxil olub və quru əməliyyatlarına başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: