Azərbaycanın XİN başçısı alman həmkarını torpaqlarımızın işğalı barədə məlumatlandırıb

A- A A+

Azərbaycan ilə Almaniya arasında bir çox istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, tranzit bağlantıları, alternativ enerji və bir sıra digər sahələrdə əməkdaşlığın çox böyük potensialı mövcuddur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında bildirib.

Almaniyalı həmkarı ilə bölgədə olan son vəziyyət barədə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayan Ceyhun Bayramov qeyd edib: “Həmkarıma Azərbaycan torpaqlarının 30 illik işğalı, işğalın ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması, eyni zamanda, postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin regionun gələcək inkişafı baxımından Azərbaycanın baxışını bir daha çatdırdım”. Nazir deyib ki, eyni zamanda, görüşdə son üç il ərzində ölkəmiz tərəfindən Ermənistan-Azərbaycan postmünaqişə normallaşması kontekstində həm sülh müqaviləsinin irəli aparılması, eyni zamanda, kommunikasiyaların açılması, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: