Tərtərdə mina partlayışı olub, xəsarət alan var

A- A A+

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan NUHÇIXAN-a bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq",-deyə məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: