Qarabağda antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçular təltif edilib

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə bu gün imzaladığı Sərəncamla təltif edilən 1262 nəfər arasında 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan 206 hərbi qulluqçu da yer alır.

NUHÇIXAN xəbər verir ki, eyni zamanda, 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan 8 polis əməkdaşı da təltif olunanlar arasındadır.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup hərbi qulluqçu təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: