Ukraynada Azərbaycanın Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb

A- A A+

Ukraynanın Çernovtsı və Jitomir şəhərlərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr - Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb.

NUHÇIXAN xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin Çernovtsı və Jitomir şəhər təşkilatlarının təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordlarda “Azərbaycanın Qələbə Günü” şüarı yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycanın Dövlət Bayrağının şəkilləri əks olunub.

Bilbordlar Çernovtsı və Jitomir şəhərlərinin mərkəzlərində yerləşdirilib və bir müddət nümayiş olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: