Laçında Bayraq yürüşü keçirilir - FOTOLAR
Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilir.
NUHÇIXAN-ın məlumatına görə, yürüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edirlər.
Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edəcək.
Sonra Seyrəngahda bədii hissə nəzərdə tutulub. Həmçinin Laçın bulvarında bayram konserti olacaq.