TDT-nin baş katibi: Azərbaycan "Türk dünyasının gənclər paytaxtı"nın hansı şəhər olacağını elan edəcək
“Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin bu görüşünün gündəmində çox vacib məsələlər dayanır”.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Gənclər və idman işçi qrupunun baş katibi Kubanıçbek Ömüraliyev jurnalistlərə açıqlamasında deyib.
TDT rəsmisi bildirib ki, ötən həftə Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Zirvə görüşünün iclası keçirilib: “Bu görüşdə dövlət başçıları məhz idmanla bağlı məsələləri müzakirə edərək müəyyən qərarlar qəbul ediliblər. Ölkələrimizin dövlət başçıları bu məsələlərə çox diqqət yetirirlər, çünki gənclərimiz bizim gələcəyimizdir. Bunu dövlət başçıları hər zaman qeyd edirlər və hər Zirvə görüşündə prioritet istiqamətlərdən biri də bu iki məsələ ilə bağlı qərarın qəbul edilməsidir”.
Onun sözlərinə görə, görüşdə gündəmdə olan məsələ 2024-cü il üçün “Türk dünyasının gənclər paytaxtı”nın hansı şəhər olmasıdır: “Azərbaycan tərəfi Türk dünyasının gənclər paytaxtının hansı şəhər olacağını elan etməlidir. Digər əsas məsələ isə dövlət başçılarının Astanada keçirilən Zirvə görüşündə qaldırılan digər əsas iki məsələ isə ayrılıqda Gənclər Agentliyinin və İdman Agentliyinin təsis edilməsidir. İdman Agentliyi Qırğızıstan Respublikasında olacaq. Bu qərar Türkiyə tərəfinin təşəbbüsüdür. Həmçinin Özbəkistan Prezidentinin təşəbbüsü ilə mənzil-qərargahı Özbəkistanda olacaq Gənclərin işləri üzrə institutunun yaradılmasıdır. Bu da vacib məsələlərdən biridir”.