Azərbaycan səfirliyi Tbilisidə Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirib - FOTOLAR

A- A A+

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Zəfər Günü münasibətilə bu gün səhər saatlarında başlayan məlumatlandırma aksiyası axşam saat 23:30-da başa çatıb.

NUHÇIXAN xəbər verir ki, aksiya paytaxt sakinlərinin və şəhərin qonaqlarının böyük marağına səbəb olub.

Qeyd edək ki, səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində “Xarıbülbül”ün, Şuşanın, Xankəndinin fotoları, eləcə də 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb. Avtomobil gün ərzində paytaxt Tbilisinin mərkəzi küçə və prospektlərindən keçib. Axşam saatlarında aksiya daha maraqlı olub. İnsanlar avtomobilin üzərindəki şəkilləri maraqla seyr ediblər.

Azərbaycanın qələbəsinə sevinən şəhər sakinləri xalqımızı təbrik ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: