Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış” adlı festival keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində noyabrın 23-24-də tarixlərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və hər il davam etməsi planlaşdırılan “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqres keçiriləcək.

“Qərbi Azərbaycana qayıdış” adlı festivalın və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqresin keçirilməsi, bu konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, geniş auditoriyada müzakirəyə çıxarılması elm adamlarının qarşısına məqsəd kimi qoyulub.

Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə keçiriləcək. 

Festivalda bir sıra rəsmi qonaqlarla yanaşı ölkəmizin və Türkiyənin qabaqcıl ali təhsil müəssisələrinin rektorları və tədqiqatçılarının iştirakı nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: