Mərakeşdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib

A- A A+

Azərbaycanın Mərakeşdəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Səfirlikdən NUHÇIXAN-a bildiriblər ki, mərasimdə diplomatik nümayəndəliyin əməkdaşları, yerli ictimai xadimlər, jurnalistlər, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.

Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi mənalı və zəngin həyat yolundan, Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, eləcə də ölkəmizdə bütün sahələrdə aparılan geniş və məqsədyönlü islahatlardan danışıb. Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşünə toxunan səfir ümummilli lider Heydər Əliyevin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafındakı rolunu xüsusi vurğulayıb.

Diplomat tədbir iştirakçılarına Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Məhəmməd Fəqiri Ulu Öndərin İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinə xüsusi önəm verdiyini qeyd edib.

Səfirliyin foyesində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: