Müdafiə Nazirliyinin rəhbər heyəti "Leonardo" şirkətinin məhsulları ilə tanış olub - FOTOLAR

A- A A+

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: