İran səfiri: "Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir"
"Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir".
NUHÇIXAN xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "X" hesabında yazıb.
Onun sözlərinə görə, İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub: "Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır".