Şərurda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə Şərurda tikintisi nəzərdə tutulan şəhidlər memorial-abidə kompleksinin layihəsi də təqdim olunub.

Məlumat verilib ki, 1135 kvadratmetr ərazini əhatə edəcək kompleks üçün şəhər mərkəzində uyğun yer müəyyənləşdirilərək, qısa zamanda inşasına başlanılacaq. Kompleksin mərkəzində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvarı memorial lövhələr qurulacaq. Həmin lövhələrdə torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş qəhrəman Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq. Kompleksin ərazisi abadlaşdırılmaqla geniş yaşıllıqlar salınacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: