Bu il yanvarın 1-dən noyabrın 1-nə qədər olan müddətdə Ukraynadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
NUHÇIXAN-ın məlumatına görə, "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, bu il 40 Azərbaycan vətəndaşı ölkədən deportasiya olunub.
Buna səbəb həmin şəxslərin Ukrayna qanunvericiliyinin tələblərini pozmalarıdır.