“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi yaradılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 17-də “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, fərmanda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yaradılsın.

2. “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin .

3. “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin strukturu” təsdiq edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

4.1. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan əmlakın “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs (bundan sonra - Agentlik) dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etsin;

4.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

4.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Agentlik:

5.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.2. Agentliyin işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin;

5.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: