“Gürcüstanın “3+3” platforması ilə bağlı mövqeyi aydındır. Ölkəmiz bu formatda iştirak etməyib, etmir və etməyəcək”.
NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələr – Türkiyə, Azərbaycan və Ermənistanla çox yaxşı əməkdaşlıq və ikitərəfli əlaqələrə sahibdir.
Xatırladaq ki, Gürcüstan Rusiyanın iştirakına görə sözügedən platformaya qatılmaqdan imtina edib.