Qubadlıda silah-sursat aşkarlanıb

A- A A+

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan NUHÇIXAN-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Tarovlu kəndi ərazisindən 1 "Faqot", 1 qumbaraatan, 1 pulemyot, 1 avtomat, 19 qumbara, xeyli sayda patron və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: