Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

A- A A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 13-dən 19-dək olan müddətdə 14 tank əleyhinə mina, 57 piyada əleyhinə mina, 1 582 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 737.7 hektar ərazi minadan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: