Sahibə Qafarova: "ABŞ Senatının qəbul etdiyi sənəd ermənilərin müdafiə aktıdır"

A- A A+

"Noyabrın 15-də ABŞ Senatının qəbul etdiyi sənəd ermənilərin müdafiə aktıdır. Bu sənəd ermənilərin zorla Qarabağdan qovulduğunu iddia edir. Milli Məclisdə sözügedən məsələ bu gün müzakirə olunacaq".

NUHÇIXAN-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Ermənistan təxribatlarını davam etdirib: "Ancaq Azərbaycan Qarabağda qanunsuz separatçı rejimin varlığına son qoyaraq, beynəlxalq hüququ tam təmin edib. Bu gün Azərbaycanın istəyi iki ölkə arasında sülh müqaviləsinin imzalanmasıdır. Təəssüf ki, Ermənistan hələ də məkrli siyasətindən əl çəkmir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: